“Bakıda xeyli mübahisəli hakim qərarları oldu” - MÜSAHİBƏ
31.10.2013 - 11:13
“Bakıda xeyli mübahisəli hakim qərarları oldu” - MÜSAHİBƏ
Qadın voleybolçulardan ibarət Moskva “Dinamo”sunun baş məşqçisi Svetlana İliç Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, çalışdırıcı Çempionlar Liqasının II turu çərçivəsində “İqtisadçı”ya 2:3 hesabı uduzduqları oyun barədə danışıb, hakimlikdən şikayət etdiklərini bildirib.

- Bakıdakı qarşılaşma barədə nə düşünürsüz?
- Emosional baxımdan çox ağır oyun idi. Dolu zal, ciddi təzyiq vardı. Elə anlar olurdu ki, biz həmin vaxt matçın taleyini xeyrimizə həll edə bilərdik.

- Hakimlərdən narazı qaldığınız hiss olunurdu. Onlar nəticəyə təsir edən qərarlar verdimi?
- Bəli, kifayət qədər çox mübahisəli hakim qərarları oldu. Bunlar isə daim oyunun ritmini aşağı salırdı. Mən hakimləri tənqid etməyə öyrəşməmişəm. Amma elə oyunlar olur ki, onların qərarları ilə barışmaq çətindir. Bakıdakı qarşılaşma da belə görüşlərdən idi.

- Hesab 2:1 xeyrinizə olarkən, 4-cü setdə matçın taleyini həll edə bilərdiz. Buna nə çatmadı?
- Dördüncü hissədə pis oynamadıq. Lakin bütün bu amillərin təsiri altında müəyyən anda oyunun “ipini” itirdik. Bu da bizə baha başa gəldi. Ardınca qarşılaşmanın axarına qayıtmaq çox çətin idi. Hərçənd, biz sona kimi mübarizə apardıq.

- Tay-brekdə qalib gəlməyinizə nə mane oldu?
- Beşinci hissədə hesab 14:13 olarkən, yenə də çox mübahisəli vəziyyət yarandı. Fikrimcə, hesab bərabərləşməli idi. Lakin hakim fərqli qərar verdi.

- Ədalət təmsilçiləri ilə bağlı şikayət verdinizmi?
- Hakim səhvləri ilə bağlı etirazımızı protokola qeyd etdik. Lakin artıq oyunun hesabını dəyişmək olmaz. Biz Bakıya 3 xal qazanmaq üçün getsək də, cəmi 1 xal əldə etdik.

- Bu məğlubiyyət sizin şanslarınıza nə dərəcədə təsir etdi?
- “İqtisadçı” üzərində qələbə qazansaydıq, qrupumuzda vəziyyət tam başqa cur olardı. Belə də bizə vəzifələrimizin öhdəsindən gəlmək daha asanlaşacaqdı. Amma indi bütün suallar açıq qalıb. Buna baxmayaraq, əminik ki, öz meydanımızda vəziyyəti xeyrimizə dəyişə biləcəyik. Bizim Moskvada həm “İqtisadçı”, həm də “Srvana Zvezda” ilə matçlarımız olacaq. Bir sözlə, hələ heç nə itirilməyib.