“Azərreyl”in rəqibi bəlli oldu
01.11.2013 - 09:26
“Azərreyl”in rəqibi bəlli oldu
CEV kubokunda “Azərreyl”in rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” 1/8 final mərhələsində “Olomouts” klubu ilə qarşılaşacaqlar.

Çexiya təmsilçisi bundan öncəki mərhələdə “Askö” (Avstriya) komandasını mübarizədən kənarlaşdırıb. Belə ki, evdə 3:0 hesabı ilə qalib gələn “ Olomouts” səfərdə də eyni hesabla qalib gəlib – 3:0 (25:20, 25:10, 25:18).

1/8 final mərhələsinin ilk oyunları dekabrın 3-5-də, cavab matçları 1 həftə sonra olacaq. “Azərreyl” birinci görüşünü evdə keçirəcək.

Qeyd edək ki, “Azərreyl” 1/16 final mərhələsində “Partizan”dan (Serbiya) üstün olmuşdu.