Rəqiblərimizin görüşündə italiyalılar qalib gəldi
01.11.2013 - 10:04
Rəqiblərimizin görüşündə italiyalılar qalib gəldi
Qadın voleybolçular arasında Çempionlar Liqasında II tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son oyun günündə Azərbaycan Super Liqasının ikincisi “İqtisadçı”nın yer aldığı B qrupunda da 1 matç baş tutub.

Belə ki, həmin matçda ilk qarşılaşmalarda uduzan “Pyaçentsa” (İtaliya) “Srvena Zvezda”nı (Serbiya) qəbul edib. Matç A seriyasının qalibinin asan qələbəsi ilə başa çatıb – 3:0.

Çempionlar Liqası
II tur
B qrupu

“Pyaçentsa” (İtaliya) – “Srvena Zvezda” (Serbiya) - 3:0 (25:18, 25:18, 25:11)

İqtisadçı
2
2
0
6-2
182-161
5
Dinamo (Moskva)
2
1
1
5-4
207-197
4
Pyaçentsa
2
1
1
4-3
165-147
3
Srvena Zvezda
2
0
2
0-6
101-150
0