“Azərreyl”in ən yaxşısı - FOTO
01.11.2013 - 10:20
“Azərreyl”in ən yaxşısı - FOTO
CEV kubokunun 1/16 final mərhələsində “Azərreyl” (Azərbaycan) - “Partizan” (Serbiya) matçında ən çox xal toplayan voleybolçuların adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakıda 3:1 hesabı ilə qalib gəldiyimiz qarşılaşmada “dəmiryolçular”ın milliləşən legioneri Yekaterina Jidkova hamını qabaqlayıb.

“Lokomotiv Biləcəri”nin dağımasından sonra “Azərreyl”ə gələn hücumçu topladığı 18 xalla görüşün bombardiri olub. Aleksandr Çervyakovun digər yetirmələrindən Dusanka Kariç 15, Ayşən Abduləzimova 11 və Anastasiya Qurbanova 10 xala sevinib.

Rəqibin heyətində isə yenə Nataşa Cukiriz məhsuldar olub. Onun 17 zərbəsi “hədəfə” düşüb.

Qeyd edək ki, “Azərreyl” ilk görüşdə 2:3 hesabı ilə uduzduğu üçün set fərqinə görə mərhələ adlayıb.