Arsen Vengeri narahat edən zədəlilər
03.11.2013 - 16:21
Arsen Vengeri narahat edən zədəlilər
İngiltərənin “Arsenal” klubu “Borussiya” (Dortmund) ilə oyun öncəsi zədəli futbolçulardan əziyyət çəkir. Apasport.az saytının məlumatına görə, bu barədə London təmsilçisinin baş məşqçisi Arsen Venger yerli mətbuata açıqlamasında dilə gətirib..

Fransalı mütəxəssis ötən gün “Liverpul”la oyunda Cek Uilşir və Kiran Qibbsin xəsarət aldığını deyib: “Uilşirin topuğunda, Qibbsin isə əzələsində problem var. Amma hazırda hər iki futbolçunun zədəsi ilə bağlı dəqiq məlumat verə bilmərik. Onlar ətraflı müayinədən keçirdikdən sonra problemlərini biləcəyik”.

Qeyd edək ki, “Borussiya” - “Arsenal” qarşılaşması Çempionlar Liqasının qrup mərhələsində çərçivəsində noyabrın 6-da keçiriləcək.