Biri qalib gəldi, biri uduzdu, digəri istirahət etdi
04.11.2013 - 10:15
Çempionlar Liqasının qrup mərhələsində “Azəryol”un rəqibi olan “Qalatasaray” Türkiyə çempionatında növbəti matçını keçirib. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi Bakı klubunun ardınca “İlbank”a da gücünü göstərib.
Onlar səfərdə rəqiblərini “quru hesab”la məğlub ediblər – 3:0 (25:21, 25:18, 25:18). Nəticədə III turdan sonra xalların sayını 6-ya çatdıran “Qalatasaray” 6-ci yerdədir.
“Azəryol”un digər rəqibi “Yamamay”ın isə İtalya A seriyasında da işləri yaxşı getmir. Busto Arsizo təmsilçisi debütant “Ornavasso” ilə qarşılaşıb və Bakı təmsilçisi ilə görüşdə olduğu kimi 2:3 (17:25, 17:25, 25:20, 25:18, 13:15) hesabı ilə uduzub. Komandamızın digər rəqibi “Konegliano” III turda istirahət edib.
Turun yekununa əsasən “Konegliano” 3-cü (6 xal), “Yamamay” (4) isə 6-cı yerdədirlər.

0
0