Səmaya yüksələn “voleybolçularımız” - FOTO
04.11.2013 - 17:11
Səmaya yüksələn “voleybolçularımız” - FOTO
Qadın voleybolçular arasında Azərbaycan çempionatının mükafatçıları sürprizlə qarşılaşıblar. Apasport.az saytının məlumatına görə, Super Liqamızın Tailand millisindəki təmsilçiləri yığma ilə qazandıqları uğurun bəhrəsini görüblər.

Belə ki, 2 ay öncə Asiya çempionu olan millini nailiyyəti yerli aviaşirkətlərdən birinin də diqqətindən kənarda qalmayıb. Onlar komandaya özünəməxsus hədiyyə bəxş ediblər. Şirkətə məxsus “Airbus 32” təyyarələrindən birinin üzərinə qitə çempionlarının şəkilləri həkk olunub. Tailand səmasında uçan həmin təyyarənin üzərində hazırda yenə “İqtisadçı”nın şərəfini qoruyan Onuma Sittirak, Vilavan Apinyaponq, Pleumjit Zinkaov, Vanna Buakeva və “Rabitə”də çıxış edən Nutsara Tomkomun əksi yer alıb.

Qeyd edək ki, “universitet komandası” ilə Super Liqanın gümüş medalını qazanan həmin voleybolçular Asiya çempionatının finalında Yaponiya üzərində qələbə qazanmışdılar.