“Rabitə”nin rəqibi uduzdu
05.11.2013 - 09:32
Qadın voleybolçular arasında Fransa çempionatında VI turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Çempionlar Liqasında “Rabitə”nin rəqibi “Beziers” “Le Kannet”i qəbul edib.
Adge təmsilçisi Azərbaycan çempionunun ardınca bu matçda da məğlubiyyətə üzülüb. Qonaqlar “Beziers”ə “quru hesab”la qalib gəliblər – 3:0 (25:21, 25:21, 25:23).
Qeyd edək ki, rəqibimiz 6 turdan sonra 12 xalla turnir cədvəlində 4-cü yerə enib.

0
0