Azərbaycanlı hakim İtaliya klubunun oyununda
05.11.2013 - 12:09
Azərbaycanlı hakim İtaliya klubunun oyununda
Azərbaycanlı beynəlxalq dərəcəli referi Eldar Əliyev yeni təyinat alıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası Çempionlar Liqasının III turu çərçivəsində baş tutacaq “Arkas” (Türkiyə) – “Trentino” (İtaliya) matçında həmyerlimizə güvənib.

Belə ki, Əliyev noyabrın 6-da İzmirdə kişi komandaları arasında keçiriləcək qarşılaşmada II hakim funksiyasını yerinə yetirəcək. O, makedoniyalı Nikola Miçevskiyə köməklik edəcək.