Azərbaycanın ən yaxşı oyunçusu 9-cu oldu - FOTO
05.11.2013 - 15:18
Azərbaycanın ən yaxşı oyunçusu 9-cu oldu - FOTO
Qadın voleybolçular arasında Dominikan Respublikasının heyəti bəlli olub. Apasport.az saytının məlumatına görə, Yaponiyada təşkil olunacaq “Grand Champions Cup” üçün açıqlanan siyahıda Azərbaycan üçün tanış sima da var.

Belə ki, ötən mövsüm “Rabitə” ilə Super Liqanın qızıl medalını qazanan və ölkə çempionatının ən yaxşı liberosu seçilən Brenda Kastillo da noyabrın 12-17-də keçirilən yarışda yığmasına kömək edəcək. O, Yaponiyaya yollanacaq “14-lük”də 2 “müdafiəçi”dən biridir.

Bununla da “Grand Champions Cup”da çıxış edəcək “azərbaycanlılar”ın sayı 9-a çatıb. Kastillodan öncə Super Liqa klublarından ABŞ millisinə 3, Tailand yığmasına 5 oyunçu çağırılmışdı.

Qeyd edək ki, Kastillo hazırda da Bakı təmsilçisinin əsas heyət oyunçusudur.