Kakadan Ronaldonu əsəbiləşdirəcək açıqlama
05.11.2013 - 21:58
Kakadan Ronaldonu əsəbiləşdirəcək açıqlama
“Milan”ın yarımmüdafiəçisi Kaka braziliyalı canlı əfsanə Ronaldonun “Real”dakı sabiq komanda yoldaşı Kriştianu Ronaldodan daha yaxşı futbolçu olduğunu deyib. Apasport.az saytının məlumatına görə, İtaliya mətbuatına danışan təcrübəli oyunçu həmyerlisinə təriflər yağdırıb:

“Birlikdə oynadığım ən yaxşı futbolçu? Əlbəttə ki, Ronaldo. Braziliyalı Ronaldo. Kriştianu isə ən yaxşı olaraq dəyərləndirdiyim beş futbolçu arasındadır. Braziliyalı Ronaldonun etdiklərini edə biləcək futbolçu görmədim”.

Qeyd edək ki, braziliyalı futbolçu Kaka bu yay İspaniyanın “Real” klubundan “Milan”a transfer olunub.