Ağır atletika federasiyası rəsmisi üçün həndbola çağırış
06.11.2013 - 16:22
Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) icraçı-direktoru İsgəndər Əsgərova növbəti təyinat gəlib. Apasport.az saytının məlumatına görə, qurum rəsmisi avrokubok oyunun iştirakçısı olacaq.
Belə ki, Avropa Həndbol Federasiyası (EHF) Əsgərova təyinat verib. Həmyerlimiz EHF kubokunun III mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Astraxanoçka” (Rusiya) – “Politexnika” (Polşa) qarşılaşmasında iştirak edəcək. Əsgərov noyabrın 10-da Həştərxan şəhərində baş tutacaq matçda EHF nümayəndəsi olacaq.
Qeyd edək ki, Əsgərovun AAAF-da məsul vəzifəyə təyin olunana qədər uzun müddət Azərbaycan Həndbol Federasiyasında çalışıb.

0
0