Gecikən Azərbaycan çempionatında yenilik
06.11.2013 - 16:38
Gecikən Azərbaycan çempionatında yenilik
Kişi basketbolçular arasında Azərbaycan çempionatının 2013/2014 mövsümünün başlama vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, yarışın gələn ilin fevralında start götürməsi planlaşdırılır.

Belə ki, həmişə oktyabr və ya noyabrda başlayan yarış Heydər Əliyev adına İdman-Konsert Kompleksində basketbol zalının oyunlara yaramaması səbəbindən bu il start götürməyəcək. Çempionat isə yeni sistemlə keçiriləcək. Reqlament hələ dəqiqləşməsə də, matçların ev-səfər prinsipi ilə təşkil olunacağı müəyyənləşib. Bundan əlavə, ilbəil azalan klublarımızın sayının bu dəfə 4-ə endiriləcəyi də gözlənilir. Çünki birincilikdə hələlik “Qala”, “Şəki”, “Gəncə” və “Cəlilabad”ın iştirakına aydınlıq gəlib.

Qeyd edək ki, qalibin adına aprel və ya may ayında aydınlıq gələcək.