Rəqibimizdən çətin qələbə
07.11.2013 - 09:14
Qadın voleybolçular arasında Türkiyə çempionatında IV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Çempionlar Liqasında “Azəryol”un rəqibi “Qalatasaray” “Bursaspor”u qəbul edib.
Görüş İstanbul təmsilçisinin çətin qələbəsi ilə başa çatıb – 3:2 (22:25, 23:25, 25:21, 25:10, 15:12). Bu matçdan sonra “Qalatasaray” 8 xalla 4-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, “Azəryol” ilk matçda “Qalatasaray”a 1:3 hesabı ilə uduzub.

0
0