CEV prezidenti Ziya Məmmədovla görüşəcək
07.11.2013 - 17:26
Bu gün 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmiləri paytaxtımıza gələcəklər. Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, nümayəndə heyətində qurumun prezidenti Andre Meyer, I vitse-prezident Yan Xronik, vitse-prezidentlər Aleksandr Boriçiç və Renato Arena yer alıblar.
2 gün ölkəmizdə olacaq qonaqların Azərbaycan Voleybol Federasiyasının prezidenti Ziya Məmmədovla, gənclər və idman naziri Azad Rəhimovla görüşü nəzərdə tutulub.
Onlar həmçinin, Avropa Oyunlarında yarışlarının keçiriləcəyi yerlərə - “Kristal Hall” və çimərlik voleybolu meydanlarının durumu ilə tanış olacaqlar.
Qeyd edək ki, Meyerlə Xronik avqustun ortalarında da bu məqsədlə paytaxtımıza işgüzar səfərə gəlmişdilər.

0
0