Azərbaycan çempionatının gümüş mükafatçısı İsveçrə klubunda - FOTO
08.11.2013 - 09:13
“Lokomotiv”in sabiq baş məşqçisi Draqutin Baltiçin işsiz günlərinə son qoyulub. Apasport.az saytının məlumatına görə, sloveniyalı mütəxəssis yenidən “Volero”nun “sükanı” arxasına keçib.
İsveçrə klubu Bakı təmsilçisinə “Çelenc Cup”ın qızıl, Azərbaycan çempionatının gümüş medalını qazandıran çalışdırıcı ilə mövsümün sonuna kimi anlaşıb.
Qeyd edək ki, o, bu postda “İqtisadçı”nın sabiq baş məşqçisi Jan de Brandtı əvəzləyib. Belçikalı mütəxəssis isə az öncə məhz Baltiçin yerinə təyin olunmuşdu.

0
0