Millimizin hücumçusu çempiona qarşı
08.11.2013 - 15:55
Millimizin hücumçusu çempiona qarşı
Azərbaycan milli komandasının voleybolçusu Natalya Məmmədovanın şərəfini qoruduğu Rusiyanın “Omiçka” klubunun hazırlıq planı məlum olub. Apasport.az saytının xəbərinə görə, yığmaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə Omsk təmsilçisi yoxlama matçlarında qüvvəsini sınayacaq.

Çempionlar Liqasının qrup mərhələsində “Rabitə”nin rəqibi olan Natalyanın komandası bu məqsədlə Kazana yollanıb. “Omiçka” noyabrın 12, 13 və 15-də yerli “Dinamo” ilə 3 yoxlama matçına çıxacaq. Hücumçumuzun komandası Rusiya çempionatında 0:3 hesabı ilə uduzduğu rəqibdən qisas olmağa çalışacaq.

Qeyd edək ki. Kazan “Dinamo”su ardıcıl 3 ildri Rusiya çempionu titulunu qazanır.