Azərbaycan çempionu baş məşqçisi ilə yollarını ayırdı
09.11.2013 - 12:55
Azərbaycan çempionu baş məşqçisi ilə yollarını ayırdı
Azərbaycan çempionu “Rabitə” baş məşqçisi Angiolino Frigoni ilə vidalaşıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi 59 yaşlı italiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı şəkildə xitam verib.

Belə ki, hər 2 tərəfin razığı ilə iyunda əldə olunan 2 illik razılaşma qüvvədən düşmüş hesab olunub və Frigoni vətəninə yola salınıb. “Rabitə”nin yeni baş məşqçisinin adı tezliklə açıqlanacaq.

Qeyd edək ki, Frigoni “Rabitə”yə Rusiyanın “Ural” klubundan gəlmişdi.

Tahir HÜMMƏTOV