“Rabitə”nin yeni baş məşqçisinin adı açıqlanıb
09.11.2013 - 13:21
“Rabitə”nin yeni baş məşqçisinin adı açıqlanıb
Azərbaycan çempionunun yeni baş məşqçisinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, Super Liqanın dəyişməz qalibinin “sükanı” Eldar Yusubova həvalə edilib.

Bununla da, komanda artıq kifayət qədər təcrübə toplamış mütəxəssisə etibarını nümayiş etdirib. Çünki Yusubov son 2 ildə “Telekom”da özünü yaxşı tərəfdən göstərməyi bacarıb.

O, həmçinin, 7 ildir işlədiyi “Rabitə”nin uğurlarında pay sahibi olmaqla yanaşı, Nurlan Sadıqov (Qazaxıstan), Yuri Loktev (Ukrayna), Draqutin Baltiç (Sloveniya), Deyan Brdjoviç və Zoran Qayiç (hər ikisi Serbiya) kimi baş məşqçilərlə çalışaraq, lazımı təcrübə toplayıb.

Yeni baş məşqçinin qarşısına hədəf kimi Çempionlar Liqasının və Super Liqanın qalibi olmaq qoyulub.

Qeyd edək ki, voleybolçu kimi də uğurlu karyeraya malik Yusubov “Rabitə”də ilk azərbaycanlı baş məşqçi kimi tarixə düşüb.

Tahir HÜMMƏTOV