Məmmədova yenə qələbə qazandı
02.12.2013 - 09:29
Məmmədova yenə qələbə qazandı
Qadın voleybolçular arasında Rusiya Superliqasında VIII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” “Hara Morin”lə qarşılaşıb.

Görüş Omsk təmsilçisinin asan qələbəsi ilə başa çatıb – 3:0 (25:13, 25:15, 25:20). Məmmədova görüşdə 9 xal toplayıb.

Nəticədə “Rabitə”nin Çempionlar Liqasında rəqibi olan “Omiçka” ikinci pillədəki mövqeyini qoruyub (17 xal).

Çempionlar Liqasında “İqtisadçı”nın rəqibi Moskva “Dinamo”su isə məğlubiyyətə üzülüb. Paytaxt təmsilçisi Kazan “Dinamo”suna uduzublar – 2:3 (25:27, 24:26, 25:21, 25:22, 15:17).

Qeyd edək ki, “Dinamo” (Moskva) 14 xalla 4-cüdür.