“Qalatasaray” azarkeşləri aranı qatdı, matç yarımçıq qaldı
02.12.2013 - 10:06
“Qalatasaray” azarkeşləri aranı qatdı, matç yarımçıq qaldı
Qadın voleybolçular arasında Türkiyə Superliqasında IX turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində “Azəryol”un Çempionlar Liqasında rəqibi olan “Qalatasaray” səfərdə “Fənərbaxça” ilə qarşılaşıb.

Qarşılaşmadan öncə derbi azarkeşlərin davası başlayıb. Nəticədə polis gözyaşardıcı qazdan istifadə edərək, onları sakitləşdirib və matça start verilib. Ev sahiblərinin ilk 2 seti qazanmalarında ciddi problem olmayıb – 25:21, 25:17. Üçüncü hissədə də “Fənərbaxça” uğurlu oynayıb. Lakin hesab 23:13 olan zaman “Qalatasaray” azarkeşləri yenidən “fəallaşıblar”. Onların söyüşlərin ardının kəsilmədiyini görən baş hakim Ərdal Akınçı görüşü yarımçıq saxlamaq məcburiyyətində qalıb.

Oyunla bağlı son qərarı Türkiyə Voleybol Federasiyası verəcək.