“Rabitə” – “Dresdner” matçının hakimi müəyyənləşdi
02.12.2013 - 11:09
“Rabitə” – “Dresdner” matçının hakimi müəyyənləşdi
Qadın voleybolçular arasında Çempionlar Liqasının IV turunu idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası Bakı təmsilçilərindən mübarizəyə birinci qoşulacaq “Azəryol”un matçını rusiyalı Yevgeni Makşanova tapşırıb.

Dekabrın 3-də paytaxtımızda “Konegliano” (İtaliya) ilə baş tutacaq görüşdə ikinci hakim funksiyasını bolqarıstanlı Borislav Pobornikov yerinə yetirəcək.

2 gün sonra “Sərhədçi” Olimpiya Mərkəzində “Rabitə” – “Dresdner” (Almaniya) qarşılaşmasında fit sahibləri Mehmet Altıparmaq (Türkiyə) və Stefan Qrieder (İsveçrə) olacaqlar.

Həmin gün “İqtisadçı”nı “Pyaçentsa” (Türkiyə) ilə oyuna isə Ralf Barnstorf (Almaniya) və Susana Rodriquez (İspaniya) çıxaracaqlar.