Azərbaycan çempionatında 2 matçın vaxtı dəyişdirildi
02.12.2013 - 11:15
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının IV turunun başlama saatlarında dəyişiklik edilib. Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, dekabrın 7-də və 8-də baş tutacaq görüşlər nəzərdə tutulan vaxtda start götürməyəcək.
Belə ki, şənbə günü keçiriləcək “Telekom” – “Azərreyl” oyunu 2 saat irəli çəkilərək, saat 15:00-da başlaması qərara alınıb. 1 gün sonra “Rabitə” – “Lokomotiv” qarşılaşmasının start fiti isə saat 17:00-da deyil, 16:00-da veriləcək.
Qeyd edək ki, turun “İqtisadçı” – “Azəryol” qarşılaşmasının təxirə salınması məlum idi.

0
0