Çempionatımızın mükafatçısı Fransa ilə oyuna çağırıldı
02.12.2013 - 12:23
Qadın voleybolçular arasında Hollandiya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, gələn ilin yanvarında keçiriləcək dünya çempionatının seçmə mərhələsi üçün açıqlanan siyahıya Azərbaycan Super Liqasından da oyunçu çağırılıb.
Belə ki, baş məşqçi Qido Vermeulen mundiala vəsiqə uğrunda güvənəcəyi heyətdə “İqtisadçı”nın hücumçusu Manon Flierə də yer verib. Onlar öncə Belçika ilə 3 yoxlama matçında güclərini yoxlayıb, ardınca dünya çempionatının seçmə mərhələsində Xorvatiya, Fransa və Macarıstanla görüşdə qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, Flier ötən mövsüm “Azərreyl”lə Super Liqanın gümüş medalını qazanıb.

0
0