Sxadadze də Ukraynaya getdi
02.12.2013 - 13:40
“İnter”in baş məşqçisi Kaxaber Sxadadze ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində “Şuşa” ilə oyunda komandasını meydana çıxarda bilməyəcək. Apasport.az saytının məlumatına görə, buna səbəb gürcüstanlı mütəxəssisin Ukrayna Futbol Federasiyasının təşkil etdiyi “Pro” məşqçi kurslarına qatılmaq üçün Kiyevə yollanmasıdır.
“Simurq”dakı həmkarı və həmyerlisi Georgi Çixradze kimi lisenziyasının vaxtını artırmaq üçün seminarlara qatılacaq Sxadadze dekabrın 5-də Azərbaycana dönəcək.
Qeyd edək ki, “İnter” – “Şuşa” görüşü dekabrın 4-də keçiriləcək. Həmin matçda “bankirlər”i meydana köməkçi-məşqçi Zaur Svanadze çıxaracaq.

0
0