Əzəli rəqiblər: Biri astanada, biri kandarda
02.12.2013 - 14:55
Əzəli rəqiblər: Biri astanada, biri kandarda
Sabah qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin II dövrəsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmizi təmsil edən 3 Bakı klubundan 2-si evdə, 1-i səfərdə IV turun oyuna çıxacaq. Baş tutacaq 3 görüşdə isə 2 klubumuzun taleyinə aydınlıq gələ bilər.

Komandalarımızdan öncə “döyüşə” “Azəryol” atılacaq. Ancelo Vercesinin yetirmələri doğma divarlar arasında ötən həftə uduzduqları (2:3) “Konegliano”nu qəbul edəcəklər. Təmsilçimizin matça 3 xal üçün çıxacağı gözləniləndir. Çünki ötən turdan işini çətinə salan “Azəryol” 0:3 və ya 1:3 uduzacağı halda, mübarizəni vaxtından əvvəl dayandıra bilər. Bu, qrupumuzun digər - “Yamamay” (İtaliya) – “Qalatasaray” (Türkiyə) matçında ikincilərin eyni hesabla qalib gəlməsi zamanı rəsmiləşəcək.

Bunun üçün “Azəryol”un xal qazanması vacibdir. Onlar qalib gəlib və ya 2:3 hesabı ilə məğlub olacaqları halda da pley-offa yüksəlmək şansını qoruyacaqlar.

“Azəryol”dan fərqli, onların əzəli rəqibi “Rabitə” bu tur növbəti mərhələyə vəsiqə qazana bilər. Bunun üçün Eldar Yusubovun yetirmələri Almaniyada olduğu kimi ölkəmizdə də “Dresdner”dən 3 xal almalıdırlar. Rəqibi 3:0 və ya 3:1 hesabı ilə məğlub etmək isə Azərbaycan çempionu üçün problem olmamalıdır. Çünki “Rabitə” “Dresdner”lə görüşlərdə hələ uduzmayıb.

Komandamız “Beziers” (Fransa) – “Omiçka” (Rusiya) qarşılaşmasının nəticəsindən asılı olaraq, 2 xalla da pley-off vəsiqə qazana bilər.

“İqtisadçı”nın yer aldığı B qrupunda isə vəziyyət bir qədər fərqlidir. Burada 2 vəsiqə uğrunda 3 komanda mübarizəni hələ davam etdirir. Düzdür, evdə “Pyaçentsa”ya 1:3 hesabı ilə uduzan “tələbələr”in səfərdə qalib gələcəyini proqnozlaşdırmaq çətindir. Amma komandanın A seriyasının qalibindən xal alacağı istisna deyil. Bununla onlar vəziyyətlərini az da olsa yaxşılaşdıracaqlar. Amma “İqtisadçı” uduzsa belə növbəti mərhələ şansını itirmir. Böyük ehtimalla bu məsələyə son tur aydınlıq gətirəcək.

Çempionlar Liqası
IV tur
3 dekabr
E qrupu


18:00. “Azəryol” (Azərbaycan) – “Konegliano” (İtaliya)
Hakimlər: Yevgeni Makşanov (Rusiya), Borislav Pobornikov (Bolqarıstan)
Bəkı, Voleybol Mərkəzi

Konegliano
3
3
0
9-5
315-283
7
Qalatasaray
3
2
1
8-4
290-261
7
Azəryol
3
1
2
6-8
295-311
3
Yamamay
3
0
3
3-9
234-279
1


5 dekabr
A qrupu


17:00. “Rabitə” (Azərbaycan) – “Dresdner” (Almaniya)
Hakimlər: Mehmet Altıparmaq (Türkiyə), Stefan Qrieder (İsveçrə)
Bakı, “Sərhədçi” Olimpiya Mərkəzi

Rabitə
3
3
0
9-2
258-219
8
Omiçka
3
2
1
8-3
249-224
7
Dresdner
3
1
2
3-7
213-236
3
Beziers
3
0
3
1-9
207-248
0


B qrupu
23:30. “Pyaçentsa” (İtaliya) – “İqtisadçı” (Azərbaycan)
Hakimlər: Ralf Barnstorf (Almaniya), Susana Rodriquez (İspaniya)
Pyaçentsa, Palabanka Sarayı

Dinamo (Moskva)
3
2
1
8-5
306-277
7
Pyaçentsa
3
2
1
7-4
261-226
6
İqtisadçı
3
2
1
7-5
261-257
5
Srvena Zvezda
3
0
3
1-9
181-249
0