İtaliya klubu Bakıya məğlub gəlir
02.12.2013 - 16:08
Qadın voleybolçular arasında İtaliya A seriyasının V turuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, turu “Azəryol”un Çempionlar Liqasındakı rəqibi “Konegliano” məğlubiyyətlə başa vurub.
Onlar evdə “Modena” ilə bacarmayıblar - 0:3 (23:25, 15:25, 23:25) hesabı ilə uduzub. Bu komandalarla E qrupda yer alan “Yamamay” isə istirahət edib.
V turda həmçinin, “İqtisadçı”nın rəqibi “Pyaçentsa” də meydana çıxıb. A seriyasının son qalibi “Ornavasso” ilə görüşdə asan qələbə qazanıb – 3:0 (25:16, 25:16, 25:20).
Beləliklə, bu matçlardan sonra aktivində 15 xalı olan “Pyaçentsa” liderliyini qoruyub. “Konegliano” 9 xalla 3-cü, “Yamamay” isə 7 xalla 6-cıdır.
Qeyd edək ki, “Azəryol” sabah Bakıda “Konegliano” ilə, “İqtisadçı” isə 2 gün sonra səfərdə “Pyaçentsa” ilə oynayacaq.

0
0