Bakı klubu üçün Andrey Kovalçuk
03.12.2013 - 09:39
Qadın voleybolçular arasında CEV kubokunun 1/8 final mərhələsinin ilk oyunlarını idarə edəcək hakimlər bilinib. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası “Azərreyl”in Çexiyanın “Olomouts” klubu ilə görüşündə idarəçiliyi Arnis Kelleyə (Latviya) tapşırıb. Ona köməkliyi türkiyəli Dəniz Dəmir edəcək.
“Lokomotiv”in Kfar Saba “Hapoel”i (İsrail) ilə duelində isə Aleksandr Pavlov (Rusiya) və Andrey Kovalçuk (Ukrayna) ədaləti qoruyacaqlar.
Qeyd edək ki, hər 2 matç Bakıda olacaq. “Azərreyl” sabah, “Lokomotiv” 1 gün sonra meydana çıxacaq.

0
0