“Bakıya qələbə qazanmaq üçün gəlmişik” - FOTO
03.12.2013 - 11:18
“Bakı səfəri ərəfəsində çətin oyunumuz oldu. Həmin qarşılaşmada bütün bacarığımızı və təcrübəmizi ortaya qoysaq da, məğlub olduq. Lakin biz həmin matçda çox cəsarətli mübarizə apardıq”. Apasport.az saytının məlumatına görə, bunu İtaliyanın “Konegliano” voleybol klubunun baş məşqçisi Marko Qaspari deyib.
Gənc mütəxəssis “Azəryol”la bu gün keçirəcəkləri oyunu şərh edib. O bildirib ki, A seriyasının hesabat turunda “Modena”ya uduzmalarına baxmayaraq (0:3), Bakıda komandasının inamlı oyununa inanır: “Mən məğlubiyyətdən qorxmuram. Çünki bilirəm ki, komandam daha yaxşı oynamağa qadirdir. Biz Bakıdakı matçda uğurlu çıxış edib, qələbə ilə qayıda bilərik. Unutmamalıyıq ki, meydanda maksimum gücümüzü qoymalıyıq. Bakıya da yaxşı oynayıb, qələbə qazanmaq üçün gəlmişik. Bizim üçün bu qələbə növbəti mərhələyə çıxmaq baxımından çox vacibdir”.
Qeyd edək ki, “Azəryol” – “Konegliano” matçı saat 18:00-da başlayacaq.

0
0