Daha bir oyun təxirə salındı
15.12.2013 - 18:22
Daha bir oyun təxirə salındı
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti təxirəsalma qeydə alınıb. Apasport.az saytının məlumatına görə, V turun “Lokomotiv” və “Azəryol” arasında bu gün baş tutmalı olan qarşılaşma keçirilməyib.

Buna səbəb Çempionlar Liqasında uğursuz çıxış edən “Azəryol”un sonuncu – özü üçün həlledici olan “Yamamay”la matça hazırlaşmasıdır. Matçın nə vaxt keçiriləcəyi isə hələ dəqiqləşməyib.

Qeyd edək ki, turun “Azərreyl” – “Rabitə” qarşılaşması da təxirə salınıb.