Yığmamız Gürcüstana qalib gəlib, 7-ci oldu
16.12.2013 - 10:32
Şərqi Avropa Voleybol Zonaları Assosiasiyalarının (EEVZA) növbəti çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, 1998-1999 təvəllüdlü qızlar arasında Litvanın Kaunas şəhərində keçirilən turniri Azərbaycan millisi 7-ci yerdə başa vurub.
Belə ki, qrup mərhələsini 3-cü yerdə başa vuran komandamız pley-offda yenidən Estoniya ilə oynayıb. İlk görüşdə rəqiblərinə 3:1 hesabı ilə qalib gələn voleybolçularımız bu dəfə eynihesabla uduzublar – 1:3 (29:27, 22:25, 17:25, 24:26).
Ardınca millimiz 5-ci deyil, 7-ci yer uğrunda oynamaq məcburiyyətində qalıb. Burada isə Gürcüstanla qarşılaşan yığmamız 3:1 (10:25, 25:20, 25:18, 25:23) hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, 9 komandanın iştirakı ilə keçirilən çempionatın qalibi Rusiya millisi olub.

0
0