“Azəryol”un taleyi Milan Raykoviçin əlində
16.12.2013 - 11:30
“Azəryol”un taleyi Milan Raykoviçin əlində
Qadın voleybolçular arasında Çempionlar Liqasının son turunu idarə edəcək hakimlər bilinib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Rabitə”nin səfərdə “Omiçka” (Rusiya) ilə qarşılaması Martin Hudiklə (Çexiya) Gennadi Kondakov (Ukrayna) tapşırılıb.

“İqtisadçı” – “Srvena Zvezda” (Serbiya) görüşündə əsas fit sahibi Ahti Huntaniska (Finlandiya) olacaq. Ona köməkliyi İlian Georgiyev (Bolqarıstan) edəcək.

“Yamamay” (İtaliya) – “Azəryol” oyununda isə ədaləti Milan Raykoviç (Xorvatiya) və Yanik Çaladay (Fransa) qoruyacaqlar.

Qeyd edək ki, hər 3 matç sabah olacaq.