Çempion özü üçün, rəqiblər vitse-çempion üçün
16.12.2013 - 14:59
Sabah qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, eyni gündə baş tutacaq VI turun qarşılaşmaları yarışda ölkəmizi təmsil edən hər 3 klub üçün vacib əhəmiyyət kəsb edir.
Belə ki, Bakı təmsilçilərindən Azərbaycan çempionu “Rabitə” “Omiçka”nın qonağı olacaq. Mövsümdə ardıcıl 5 qələbə qazanan Eldar Yusubovun komandası bu seriyanı davam etdirəcəyi halda, pley-offa qrup lideri kimi yüksələcək. Artıq hər 2 klub növbəti mərhələyə vəsiqə qazandığından məhz liderlik üçün “döyüşəcəklər”. Qarşılaşmanın taleyinin Bakıdakı kimi tay-brekdə həll ediləcəyi də istisna deyil.
B qrupunda mübarizə aparan “İqtisadçı”ya da qələbə vacibdir. Düzdür, Super Liqanın gümüş mükafatçısının pley-off şansı nəzəri cəhətdən bitib. Amma onlar rəqiblərinin, xüsusilə, “Azəryol”un “quru hesablı” məğlubiyyəti və özlərinin 3 xal qazanacaqları halda ən yaxşı 3-cü yer sahibi kimi mərhələ adlaya bilərlər. Bu siyahıda hazırda 4-cü olan komandanın rəqibi də münasibdir. Onlar səfərdə məğlub etdikləri “Srvena Zvezda” ilə qarşılaşacaqlar.
“Azəryol” da “İqtisadçı” kimi qrup ikincisi kimi pley-offa yüksəlmək şansından rəsmən əlini üzüb. Çünki son turun nəticələrindən asılı olaraq, ən yaxşı halda “Konegliano” ilə eyni xala malik olacaq komandamız əlavə göstəricilərdə onlardan geri qalacaq.
Super Liqanın gümüş mükafatçısı bu səbəbdən yalnız qrup üçüncüsü kimi qrup mərhələsini adlamağa ümid edir. Hazırda bu siyahıda ən yaxşı göstəriciyə malik “Azəryol” arzusunu həyata keçirmək üçün qonağı olacağı qrup autsayderi “Yamamay”a 3:0 və 3:1 hesabı ilə qalib gəlməlidir. Belə olan halda komandamız digər nəticələrdən asılı olmayaraq növbəti mərhələyə adlayacaq.
17 dekabr
VI tur
A qrupu
16:00. “Rabitə” (Azərbaycan) - “Omiçka” (Rusiya)
Hakimlər: Martin Hudik (Çexiya), Gennadi Kondakov (Ukrayna)
Omsk, V. Blinov adına İdman-Konsert Kompleksi
B qrupu
18:00. “İqtisadçı” (Azərbaycan) – “Srvena Zvezda” (Serbiya)
Hakimlər: Ahti Huntaniska (Finlandiya), İlian Georgiyev (Bolqarıstan)
Bakı, “Sərhədçi” Olimpiya Mərkəzi
E qrupu
23:30. “Yamamay” (İtaliya) – “Azəryol” (Azərbaycan)
Hakimlər: Milan Raykoviç (Xorvatiya), Yanik Çaladay (Fransa)
Busto Arsizio, “Palayamamay” İdman Sarayı
Qeyd edək ki, artıq “Rabitə” (Azərbaycan) və “Omiçka” ilə yanaşı, “Dinamo” (Moskva), “Dinamo” (Kazan, hər üçü Rusiya), “Vakıfbank”, “Qalatasaray”, “Əczaçıbaşı” (hər üçü Türkiyə) “Pyaçentsa”, “Konegliano” (hər ikisi İtaliya), “Kann” (Fransa) və “Volero” (İsveçrə) pley-offun püşkatmasını gözləyir. İkinci yerin sahibi kimi mərhələ adlayacaq son vəsiqənin isə Polşa “Atom”unun olacağı gözlənilir. Evdə Rumıniya “Dinamo-Rimprest”i ilə son turun qarşılaşmasında onlara 1 xal da kifayətdir.
Yeri gəlmişkən, qrupda ən yaxşı 3-cü yerin sahibi istisna olmaqla, digərlər 4 komanda mübarizəni CEV kubokunda davam etdirəcək.

Rabitə | 5 | 5 | 0 | 15-3 | 433-342 | 14 |
Omiçka | 5 | 4 | 1 | 14-4 | 420-342 | 13 |
Dresdner | 5 | 1 | 4 | 4-13 | 339-407 | 3 |
Beziers | 5 | 0 | 5 | 2-15 | 322-423 | 0 |
B qrupu
18:00. “İqtisadçı” (Azərbaycan) – “Srvena Zvezda” (Serbiya)
Hakimlər: Ahti Huntaniska (Finlandiya), İlian Georgiyev (Bolqarıstan)
Bakı, “Sərhədçi” Olimpiya Mərkəzi
Dinamo (Moskva) | 5 | 4 | 1 | 14-6 | 478-403 | 13 |
Pyaçentsa | 5 | 4 | 1 | 13-5 | 433-364 | 12 |
İqtisadçı | 5 | 2 | 3 | 7-11 | 380-408 | 5 |
Srvena Zvezda | 5 | 0 | 5 | 3-15 | 326-442 | 0 |
E qrupu
23:30. “Yamamay” (İtaliya) – “Azəryol” (Azərbaycan)
Hakimlər: Milan Raykoviç (Xorvatiya), Yanik Çaladay (Fransa)
Busto Arsizio, “Palayamamay” İdman Sarayı
Qalatasaray | 5 | 4 | 1 | 14-6 | 473-427 | 12 |
Konegliano | 5 | 4 | 1 | 13-8 | 491-447 | 10 |
Azəryol | 5 | 2 | 3 | 11-12 | 501-519 | 7 |
Yamamay | 5 | 0 | 5 | 3-15 | 358-430 | 1 |

0
0