Pley-offa qrup qalibi kimi! - YENİLƏNİB
17.12.2013 - 18:09
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində son turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, eyni gündə baş tutacaq VI tur çərçivəsində Azərbaycan çempionu “Rabitə” “Omiçka”nın qonağı olub.
Mövsümdə ardıcıl 5 qələbə qazanan Eldar Yusubovun komandası uğurlu seriyanı Omskda da davam etdirib. Hər 2 klub növbəti mərhələyə vəsiqə qazandığından liderlik üçün “döyüşdən” “Rabitə” qalib ayrılıb. Nəticədə onlar pley-offa məğlub olmadan yüksəliblər.
Belə ki, qarşılaşma Bakı təmsilçisinin üstünlüyü ilə start götürüb. İlk texniki fasiləyə 5 top irəlidə çıxan voleybolçularımız növbəti fasilədə fərqi 7 xala çatdırıblar – 16:9. Ardınca da inamlı çıxış edən “Rabitə” hissəni asanlıqla aktivinə yazıb.
İkinci setdə də oyuna komandamız nəzarət edib. Yenə hər 2 texniki fasiləyə öndə yollanan (8:6, 16:12) Azərbaycan çempionu rəqibə hesabı bərabərləşdirməyə imkan verməyib. Onlar bu dəfə 25:22 hesabı ilə qalib gəliblər.
Ardınca “Omiçka” oyununda dönüş yaradıb. Onlar hətta oyunda status-kvonu da bərpa ediblər – 2:2. Lakin yenə tay-brekdə komandamızdan zəif olublar. Hissəboyu hesabda öndə olan “Rabitə” 15:11 hesabı ilə qələbə qazanmaqla görüşün nəticəsini müəyyənləşdirib – 3:2.
Beləliklə, Bakı klubu “Beziers” (Fransa) - “Dresdner” (Almaniya) görüşünün nəticəsindən asılı olmayaraq, qrup mərhələsini birinci yerdə başa vurub.
17 dekabr
VI tur
A qrupu
“Omiçka” (Rusiya) - “Rabitə” (Azərbaycan) - 2:3 (19:25; 22:25; 25:23; 25:19; 11:15)
Hakimlər: Martin Hudik (Çexiya), Gennadi Kondakov (Ukrayna)
Omsk, V. Blinov adına İdman-Konsert Kompleksi

Rabitə | 6 | 6 | 0 | 18-5 | 540-444 | 16 |
Omiçka | 6 | 4 | 2 | 16-7 | 522-449 | 14 |
Dresdner | 5 | 1 | 4 | 4-13 | 339-407 | 3 |
Beziers | 5 | 0 | 5 | 2-15 | 322-423 | 0 |
0
0