“İqtisadçı” qalib gəlib, hara gedəcəyini gözləyir - YENİLƏNİB
17.12.2013 - 19:45
Bu gün Çempionlar Liqasında VI turun qarşılaşmaları baş tutub. Apasport.az saytının məlumatına görə, qitənin ən mötəbər klub yarışmasında debütant “İqtisadçı” qrup mərhələsində sonuncu oyununa çıxıb.
B qrupunda mübarizə aparan komandamız “Srvena Zvezda” üzərində vacib qələbə qazanıb. Düzdür, onlar ilk seti gözlənilmədən uduzublar. Lakin ardınca rəqibinə heç bir şans verməyən Bülənt Karslıoğlunun yetirmələri lazımı 3 xalı aktivlərinə yazıblar.
Super Liqanın gümüş mükafatçısının pley-offa ilk 2 pillədən birini tutaraq çıxmaq şansı bitsə də, ən yaxşı 3-cü kimi mərhələ keçmək şansı yaranıb. Bunun üçün onların digər qrupdakı rəqibləri, xüsusilə də “Azəryol” uduzmalıdır ki, bu da elə də inandırıcı deyil.
Amma ən yaxşı 3-cü yerlər arasında rəqiblərindən 1 qarşılaşma çox keçirməklə lider olan komanda pley-offa yüksəlməsə belə avrokubokda çıxışını davam etdirəcək. Çünki qrupda ən yaxşı “üçüncü” istisna olmaqla, digər 4 komanda CEV kubokuna “enəcək”. Təbii ki, axşam saatlarında baş tutacaq oyunlardan sonra “İqtisadçı”nın 3-cü yerin sahibləri arasında (6 qrupda) ən zəifi olacağı inandırıcı deyil.
17 dekabr
VI tur
B qrupu
“İqtisadçı” (Azərbaycan) – “Srvena Zvezda” (Serbiya) - 3:1 (27:29; 25:13; 25:13; 25:12)
Hakimlər: Ahti Huntaniska (Finlandiya), İlian Georgiyev (Bolqarıstan)
Bakı, “Sərhədçi” Olimpiya Mərkəzi

Dinamo (Moskva) | 5 | 4 | 1 | 14-6 | 478-403 | 13 |
Pyaçentsa | 5 | 4 | 1 | 13-5 | 433-364 | 12 |
İqtisadçı | 6 | 3 | 3 | 10-12 | 482-475 | 8 |
Srvena Zvezda | 6 | 0 | 6 | 4-18 | 393-544 | 0 |
0
0