“Azəryol” gücünə uyğun yarışda - YENİLƏNİB
18.12.2013 - 00:48
Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, son turlarda uğursuz oynayan “Azəryol” İtaliya “Yamamay”ı ilə matçda da “qara zolaq”dan çıxa bilməyib.
Görüşün gərgin keçəcəyi gözlənilsə də, bu belə olmayıb. Çünki ilk 2 pillədən əli üzülən Bakı təmsilçisi pley-offa ən yaxşı 3-cü yerin sahibi kimi yüksəlmək istəyirdi. Bunun üçün isə komandamıza 3:0 və ya 3:1 hesablı qələbə lazım idi. Təəssüf ki, Ancelo Vercesinin yetirmələri nəinki qələbə, heç bir setdə belə rəqiblərini məğlub edə bilməyiblər. Hər 3 setdə asan təslim olan voleybolçularımız Çempionlar Liqası ilə vidalaşıblar. Onlar mübarizəni CEV kubokunda davam etdirəcəklər.
17 dekabr
VI tur
E qrupu
“Yamamay” (İtaliya) – “Azəryol” (Azərbaycan) - 3:0 (25:14, 25:17, 25:19)
Hakimlər: Milan Raykoviç (Xorvatiya), Yanik Çaladay (Fransa)
Busto Arsizio, “Palayamamay” İdman Sarayı

Qalatasaray | 5 | 4 | 1 | 14-6 | 473-427 | 12 |
Konegliano | 5 | 4 | 1 | 13-8 | 491-447 | 10 |
Azəryol | 6 | 2 | 4 | 11-15 | 551-594 | 7 |
Yamamay | 6 | 1 | 5 | 6-15 | 433-480 | 4 |
0
0