Bülənt Karslıoğlunun arzusu
17.12.2013 - 13:27
Bülənt Karslıoğlunun arzusu
“Bu qarşılaşmada qələbə bizim üçün çox vacibdir”. Apasport.az saytının məlumatına görə, bunu “İqtisadçı”nın baş məşqçisi Bülənt Karslıoğlu deyib.

Türkiyəli mütəxəssis Çempionlar Liqasının son turunda “Srvena Zvezda” (Serbiya) ilə oyun öncəsi fikirlərini açıqlayıb. Karslıoğlu bildirib ki, komandası bütün oyunlara yüksək əhval ruhiyyədə çıxır və hər görüşdə yalnız istəkləri qalib gəlməkdir: “Biz hər top uğrunda mübarizə aparacağıq ki, qrup mərhələsini qalib kimi başa vuraq. Nəticədə isə CEV kubokunun “Chelenc raund”unda oynayaq”.

Qeyd edək ki, Çempionlar Liqasında 6 qrupda ən yaxşı 3-cü yerin sahibi istisna olmaqla, digər 4 komanda mübarizəni CEV kubokunda davam etdirəcək.