Serbiya yığması Bakıya gətirəcəyi heyəti açıqladı
17.12.2013 - 14:28
Qadın voleybolçular arasında dünya çempionatının III seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Serbiya millisi yekun heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Zoran Terziç Bakıda keçiriləcək J qrupunun matçlarında 15 oyunçuya güvənəcək.
Hazırda Rusiya “Omiçka”sını da çalışdıran mütəxəssis ilkin olaraq, dəvət göndərdiyi 7 voleybolçudan imtina edib. Buna baxmayaraq, paytaxtımıza gələcək heyətdə yenə “Rabitə” ilə Azərbaycan çempionu olan Nataşa Krsmanoviç və “Lokomotiv”də forma geyinən Suzana Sebiç də var.
Serbiyanın yekun heyəti: Maya Oqnyenoviç, Boyana Jivkoviç, Yovana Brakoçeviç, Ana Byeliça, Tiyana Boşkoviç, Nataşa Krsmanoviç, Milena Raşiç, Nada Ninkoviç, Stefana Veljkoviç,
Yelena Nikoliç, Brizitka Molnar, Sanya Malaqurski, Brankitsa Mihayloviç, Tiyana Maleşeviç, Suzana Sebiç.
Qeyd edək ki, yanvarın 3-5-də paytaxtımızda keçiriləcək J qrupunda Azərbaycan və Serbiya ilə yanaşı, Estoniya və İsrail də mübarizə aparacaq.

0
0