Qələbənin səbəbkarları
17.12.2013 - 18:34
Qələbənin səbəbkarları
Çempionlar Liqasının VI turunda “Omiçka” (Rusiya) - “Rabitə” (Azərbaycan) görüşünün statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin 3:2 hesabı ilə qalib gəldiyi qarşılaşmanın ən çox xal toplayanı Nansi Karillo olub.

“Omiçka”nın kubalı legioneri komandasına 22 xal qazandırıb. Omskluların heyətində çıxış edən Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova sabiq klubu ilə görüşdə 12 dəqiq zərbəyə sevinib.

“Rabitə”nin heyətində isə Reyçel Rurk məhsuldar olub. Avstraliyalı legionerimiz komandamızın aktivinə 17 xal əlavə edib. Eldar Yusubovun digər yetirmələrindən Katarjina Skovronska 12, Aurea Kruz 11, Britni Kuper 7, Nataşa Krsmanoviç 6, Katarjina Skorupa 3 və Kersti Cekson 2 xal toplayıb.