Bakıda uduzub, birinci olan
18.12.2013 - 09:49
Bakıda uduzub, birinci olan
Çempionlar Liqasının VI turu çərçivəsində keçirilən “İqtisadçı” (Azərbaycan) - “Srvena Zvezda” (Serbiya) matçında ən çox xal toplayan voleybolçuların adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin 3:1 hesabı ilə qalib gəldiyi qarşılaşmanın bombardiri Adela Heliç olub.

Qonaqların hücumçusu 20 dəqiq zərbə ilə hamıdan güclü olub. Tailandlı voleybolçuların yoxluğunda “İqtisadçı”nın ən məhsuldar oyunçuları Manon Flierlə Li Çanq olub. Hollandiyalı və çinli legionerlərimizin hərəsi komandamızın aktivinə 18 xal yazdırıb.

Digər voleybolçularımızdan - Kim Vilouqbi ilə Ma Yun Ve hərəyə 12, Marianna Fersola 11 və Kiuyue Vey 3 dəfə fərqlənib.

Qeyd edək ki, “İqtisadçı”nın tailandlı voleybolçuları millilərinin düşərgəsinə yollanıblar.