Eldar Yusubov: Pley-offa çıxmağa layiq idik
18.12.2013 - 10:48
Eldar Yusubov: Pley-offa çıxmağa layiq idik
“Rabitə” ilə “Omiçka” iki oyun keçirdi – biri evdə, digəri səfərdə. Hər iki qarşılaşma 5 setdən ibarət oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rabitə”nin baş məşqçisi Eldar Yusubov deyib.

Qadın voleybolçular arasında Çempionlar Liqasının son turunun “Omiçka” ilə oyunu haqda fikirlərini açıqlayan mütəxəssis səfərdə əldə olunan 3:2 hesablı qələbəyə şərh verib: “Hər iki komanda pley-offa çıxmağa layiqdir. Mən də Bakı və Omsk təmsilçilərini Çempionlar Liqasında növbəti mərhələyə çıxması münasibətilə təbrik edirəm”.

Qeyd edək ki, “Rabitə” qrup qalibi, “Omiçka” 2-ci yer sahibi kimi mərhələ adlayıb.