Katarjina Skovronska: Bu, Milad bayramına hədiyyə oldu MÜSAHİBƏ
18.12.2013 - 13:02
“Rabitə”nin voleybolçusu Katarjina Skovronska Çempionlar Liqasının VI turu çərçivəsində “Omiçka” ilə oyundan sonra Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, diaqonal oyunçu tay-brekdə qalib gəldikləri görüşü şərh edib, 2:0 hesabından sonra rəqibin nəyin hesabına bərabərlik yaratmasına aydınlıq gətirib.
- İlk oyunda olduğu kimi, yenə 3:2 hesabı ilə qalib gəldiz. Gərgin keçən matç barədə nə deyə bilərsiz?
- Oyun qeyri-adi alındı. Qarşılaşmanın gedişində bizim yaxşı imkanlarımız oldu. Həmin vaxt meydanda oyuna biz nəzarət edirdik.
- Amma ardınca üstünlük “Omiçka”nın tərəfinə keçdi. Bu, necə baş verdi?
- Bəli, 3-cü hissədə konsentrasiyamız aşağı düşdü. Bu vəziyyətdə rəqib şans qazandı. Bəzən ardıcıl bir neçə xal uduzurduq. Arenaya gəlib matçı izləyənlər üçün çox maraqlı olduğunu düşünürəm. İnanıram ki, bu onlar üçün Milad bayramına hədiyyə oldu.
- Ardıcıl 2 hissədə məğlubiyyətdən sonra tay-brekə də yaxşı başlamadız. Lakin sonluq sizin üçün uğurlu alındı...
- Hesab 2:2 olarkən sanki hər şey yenidən başlayır. Oyunun bitməyinə cəmi 1 həlledici set qalır ki, onu da qalib gəlməlisən. Qarşılaşmanı qələbəyə kimi aparmaq həmişə çətin olub. Lakin biz sonluqda bu işin öhdəsindən gəldik. Baxmayaraq ki, tay-breki rəqib daha yaxşı başlamışdı. Bu, bizim “qatil instinkt”imizin əlaməti olmasına ümid edirəm.
- “Omiçka”ya qalib gəlib, liderliyinizi qorumağınızı rəqibinizin yorulması ilə əlaqələndirmək mümkündür?
- Belə deməzdim. “Omiçka”nın voleybolçularının fiziki hazırlığı çox yüksək səviyyədədir. Onlar Çempionlar Liqasına əla hazırlaşıblar. Omsk təmsilçisinin heyətində yüksək səviyyəli, təcrübəli oyunçular var ki, onlar da inkişaf etməkdir.

0
0