Azərbaycanda uğursuz, Almaniyada hamıdan güclü
19.12.2013 - 09:47
Azərbaycanda uğursuz, Almaniyada hamıdan güclü
Almaniyada ilin voleybolçu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 1979-cu ildən “Voleybol-Maqazin” dərgisinin keçirdiyi mükafatın sahibi Marqareta Kozux olub.

“Azəryol”un Polşa əsilli almaniyalı voleybolçusu bununla “poker”ə imza atıb. Bakı təmsilçisinin oyunçusu 2010, 2011 və 2012-ci ildə də vətənində ən yaxşı seçilib.

Qeyd edək ki, Almaniya millisinin kapitanı hələlik “Azəryol”u uğurlara daşıya bilmir. Çünki Bakı klubu artıq Çempionlar Liqası ilə vidalaşıb.