Avropanın ən yaxşısı rəqibimiz oldu
19.12.2013 - 15:14
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının pley-off mərhələlərinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyasının Lüksemburqdakı mənzil-qərargahında baş tutan mərasimdə Bakının “İqtisadçı” klubunun da taleyinə aydınlıq gəlib.
Belə ki, Azərbaycan çempionu “Rabitə” “Dördlər finalı”na ev sahibliyi edəcəyindən, pley-off mərhələsindən azad olub. Super Liqanın gümüş mükafatçısının isə püşkdə bəxti gətirməyib. Bülənt Karslıoğlunun yetirmələri 1/6 finalda 69 oyundur məğlubiyyət nə olduğunu bilməyən Çempionlar Liqasının son qalibi “Vakıfbank”la düşüblər. Əgər onlar mərhələ adlayarsa, “Qalatasaray” (Türkiyə) - “Kann” (Fransa) cütünün qalibi ilə qarşılaşacaqlar.
1/6 final
1. “Omiçka” (Rusiya) - “Konegliano” (İtaliya)
2. “Atom” (Polşa) - “Əczaçıbaşı” (Türkiyə)
3. “Kann” (Fransa) - “Qalatasaray” (Türkiyə)
4. “İqtisadçı” (Azərbaycan) - “Vakıfbank” (Türkiyə)
5. “Dinamo” (Moskva, Rusiya) - “Dinamo” (Kazan, Rusiya)
6. “Volero” (İsveçrə) - “Pyaçentsa” (İtaliya)
1/3 final
1-ci cütün qalibi – 2-ci cütün qalibi
3-cü cütün qalibi – 4-cü cütün qalibi
5-ci cütün qalibi – 6-cı cütün qalibi
Qeyd edək ki, 1/6 final mərhələsinin ilk görüşləri yanvarın 14-16-da, cavab matçları 1 həftə sonra olacaq. 1/3 final mərhələsi fevralın 4-6-da və 11-13-də keçiriləcək. Çempionlar Liqasının qalibinin adı isə martın 16-da bilinəcək.

0
0