Püşk “Azəryol”u “Lokomotiv”lə üz-üzə qoydu
19.12.2013 - 15:53
Püşk “Azəryol”u “Lokomotiv”lə üz-üzə qoydu
Qadın voleybolçular arasında CEV kubokunun “Çelenc raund”unun püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Lüksemburqda baş tutan mərasimdə Çempionlar Liqasında 3-cü yeri tutan komandaların potensial rəqiblərinin adına aydınlıq gəlib.

Belə ki, püşk qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandıran “Azəryol”un kimlə qarşılaşacağını da müəyyənləşdirib. “Çelenc raund”da Ancelo Vercesinin yetirmələri “Bank Fakro” (Polşa) - “Lokomotiv” (Azərbaycan) cütünün qalibi ilə oynayacaqlar.

1/4 finalda digər təmsilçimiz “Azərreyl” isə “Uraloçka” səddini keçərsə, Rumıniya “Dinamo-Romprest”i ilə oynayacaq.

Çelenc raund
“Agel” (Çexiya) - “Salo” (Finlandiya) / “Fənərbaxça” (Türkiyə) cütünün qalibi
“Bank Fakro” (Polşa) / “Lokomotiv” (Azərbaycan) cütünün qalibi – “Azəryol” (Azərbaycan)
“Ximik” (Ukrayna) / “Aluprof” (Polşa) cütünün qalibi – “Dresdner” (Almaniya)
“Azərreyl” (Azərbaycan) / “Uraloçka” (Rusiya) – “Dinamo-Romprest” (Rumıniya)


Qeyd edək ki, bu raundun ilk oyunları fevralın 25-26-da, cavab görüşləri isə martın 1-2-də olacaq.