Voleybolda yeni dünya rekordu vuruldu - SİYAHI
20.12.2013 - 10:38
Voleybolda yeni dünya rekordu vuruldu - SİYAHI
Cənubi Koreyanın “Heungkuk” klubunun voleybolçusu Elitsa Vasilyeva yeni dünya rekordu müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Bolqarıstan yığmasının hücumçusu bir oyunda ən çox xal toplayan qadın voleybolçu adına sahib çıxıb. O, buna Koreya çempionatında EX-lə görüşündə nail olub.

Belə ki, hücumçu ölkə çempionatının autsayderi ilə qarşılaşmada (3:2) komandasının qələbəsinə 57 xalla töhfə verib. O, bu xallardan 4-nü blokda, 2-ni topa daxil etmədə, digərlərini hücumda qazanıb.

Vasilyeva bu uğuru ilə Nikol Fosetti arxada qoyub. Amerikalı voleybolçu da rekordu məhz ilin əvvəlində Cənubi Koreya çempionatında vurmuşdu. O, 55 xala sevinmişdi.

Bolqarıstanlı hücumçunun ilk pilləyə yüksəlməsi Azərbaycan millisinin voleybolçuları Polina Rəhimova və Natalya Məmmədovanın da mövqeyinə təsir edib. Polina 9-10-cu yerləri bölüşdüyü halda, Natalya 11-cidur.


1 oyunda ən çox xal yığan “11-lik”
Xal
Oyunçu
Ölkəsi
Rekord vurduğu çempionat
Oyun
57
Elitsa Vasilyeva
Bolqarıstan
Koreya Liqası, 2013
Heungkuk - EX
55
Nikol Fosett
ABŞ
Koreya Liqası, 2013
EX-İBK
54
Besanya de la Kruz
Dominikan Respublikası
Yaponiya Liqası, 2012
Denso - Hisamitsu
54
Madeleyne Montano
Kolumbiya
Koreya Liqası, 2012
KGC - Heungkuk
53
Yumilka Ruiz
Kuba
Rusiya Superliqası, 2005
Uraloçka – Dinamo (Moskva)
53
Barbara Yeliç-Ruziç
Xorvatiya
AVRO-1999
Xorvatiya - İtaliya
51
Besanya de la Kruz
Dominikan Respublikası
Yaponiya Liqası, 2012
Denso - Marvelous
49
Nansi Metkalf
ABŞ
Puerto-Rika çempionatı
Mayaquez – Karolina
48
Georgina Pinedo
Argentina
Koreya Liqası, 2012
EX - Heungkuk
48
Polina Rəhimova
Azərbaycan
Çelenc Cup, 2011
Azərreyl – Uraloçka
47
Natalya Məmmədova
Azərbaycan
Çempionlar Liqası, 2006
Azərreyl – Vakıfbank Günəş