“Rabitə”nin “Dördlər finalı”nı yüksək səviyyədə keçirəcəyinə şübhə etmirəm” - FOTO
20.12.2013 - 10:56
“Dördlər finalı”nın Kazanda keçirilməsi Rusiya voleybolu üçün daha yaxşı, həm də daha maraqlı olardı. Lakin bu məsələləri biz yox, başqa insanlar həll edir”. Apasport.az saytının məlumatına görə, bunu Moskvanın “Dinamo” voleybol klubunun baş məşqçisi Svetlana İliç deyib.
Çempionlar Liqasının “Dördlər finalı”na ev sahibliyinin “Rabitə”yə verilməsinə münasibət bildirən İliçin sözlərinə görə, həlledici mərhələni keçirməkdə Kazan “Dinamo”su ilə rəqabətdən qalib ayrılan Bakı klubunun təşkilatçılığı yüksək səviyyədə olacağına şübhə etmir: “Son bir neçə il ərzində ilk dəfə deyil ki, Azərbaycan komandası həlledici mərhələyə ev sahibliyi etmək hüququ qazanır. Bu da “Rabitə”nin işini müəyyən qədər yüngülləşdirir. Düşünürəm ki, Avropa Voleybol Konfederasiyasının belə qərarı müəyyən mənada Azərbaycanın təklif edə biləcəyi maliyyə şərtləri ilə bağlıdır. Lakin mən buna da tam əmin deyiləm. İstənilən halda, onlar “Dördlər finalı”nı yaxşı təşkil etsələr, bizim sözlərimizin heç bir mənası olmayacaq. Mən də turnirin yüksək səviyyədə təşkil olunacağına şübhə etmirəm. Kazan üçün isə “Dördlər finalı”nın keçirilməsi daha müsbət olardı”.
Qeyd edək ki, “Dördlər finalı” martın 15-16-da Bakıda olacaq.

0
0