“Lokomotiv” və “Azərreyl”in avrokubok oyunlarının vaxtı bilindi
20.12.2013 - 17:04
“Lokomotiv” və “Azərreyl”in avrokubok oyunlarının vaxtı bilindi
Bakının “Lokomotiv” və “Azərreyl” klublarının CEV kubokunun 1/4 final mərhələsində keçirəcəyi oyunların tarixi və başlama saatı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Kladio Kuellonun yetirmələri Polşa “Bank Fakro”su ilə ilk görüşünə yanvarın 14-də çıxacaq.

Səfərdə baş tutacaq matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. “Lokomotiv” rəqibini yanvarın 23-də qəbul edəcək. Voleybol Mərkəzində olacaq qarşılaşmanın start fiti saat 18:00-da veriləcək.


“Azərreyl” - “Uraloçka” oyunu yanvarın 15-ə təsadüf edəcək. Rusiya klubu ilə cavab görüşü isə yanvarın 22-də keçiriləcək. İlk matç saat 18:00-da, ikinci qarşılaşma isə 18:30-da başlayacaq.