“Lokomotiv” türkiyəli voleybolçusu ilə vidalaşdı
20.12.2013 - 17:27
“Lokomotiv” türkiyəli voleybolçusu ilə vidalaşdı
“Lokomotiv” bir voleybolçusu ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” “Karşıyaka”dan transfer etdikləri türkiyəli toppaylayıcı Gizem Giraygillə vidalaşıb.

Mövsümün əvvəlində onunla 1 illik müqavilə imzalansa da, qış fasiləsində qarşılıqlı razılıq əsasında buna xitam verilib və oyunçu vətəninə yola salınıb.

Hazırda istirahətdə olan “Lokomotiv”in bu addamı atacağı gözlənilirdi. Çünki komandada Milena Radeçkanın transferi ilə bu mövqedə oynayan oyunçuların sayı 4-ə çatmışdı.

Qeyd edək ki, Giraygilin gedişindən sonra “Lokomotiv”də toppaylayıcı mövqeyində Radeçka ilə yanaşı, Sa-Ni Kim və Anna Qrbaç da var.