Natalya Məmmədova fikrindən daşındı
23.12.2013 - 11:06
Qadın voleybolçulardan ibarət Azərbaycan yığması dünya çempionatının III seçmə mərhələsinə hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin komandası təlim-məşq toplanışında tam heyətlə iştirak edir.
Belə ki, Avropa çempionatının final mərhələsində uğursuzluqdan sonra millimizdən imtina edən Natalya Məmmədovanı da fikrindən daşındırmaq mümkün olub. Milliləşdirilmiş hücumçu komandamızdan gedişini açıqlasa da, artıq 3 gündür paytaxtımızdadır və hazırlıqlara qatılıb.
Qeyd edək ki, mundialın 3-cü seçmə mərhələsi yanvar 3-5-də Bakıda olacaq. Komandamız Serbiya, İsrail və Estoniya ilə qarşılaşacaq.

0
0